Previous Next
Bağla

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025 17:45
“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

Yanvarın 28-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbəri, İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, iclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il Yol Xəritəsi üzrə görülmüş işlərin müzakirəsi aparılıb və 2025-ci il üçün qarşıda duran vəzifələr müəyyən edilib.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev açılış çıxışı edərək biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.

Eyni zamanda bildirib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı böyük rol oynayıb. Eyni zamanda rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business ready“ hesabatının internet infrastrukturu ilə bağlı göstəricilərin yaxşılaşdırılmasında İşçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib.

V.Şıxəliyev bençmarklar əsasında internet infrastrukturunun diaqnostikasının aparıldığını və 2025-ci il üzrə təkmilləşdirilməli sahələrin müəyyən edildiyini diqqətə çatdırıb.

Bildirib ki, bugünkü iclasda əsas məqsədimiz 2025-ci il üzrə qarşıda duran vəzifələri müəyyənləşdirərək növbəti ilin Yol Xəritəsini təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm biznes mühitinə, həm də “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoruna müsbət təsir etsin.

Məlumat üçün bildirək ki, Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

İnternetə qoşulma və internet infrastrukturu müzakirə edilib

02-08-2023

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə