Previous Next
Bağla

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

18-11-2025 19:27
“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

14 noyabr tarixində “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupun rəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

Xeberler.az bildirir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 3.2-ci bəndi ilə müəyyən edilmiş “Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması ilə bağlı mövcud vəziyyət, görülmüş işlər müzakirə edilmiş, həmçinin Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planının planlaşdırılması müzakirə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək mövcud vəziyyət, görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı. Samir Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB və “Azərişıq” ASC ilə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal işlək məhsulun (MVP) hazırlanmasının başa çatdırıldığını, MVP çərçivəsində ilkin məlumat modelinin və EHİS-in inteqrasiyasının qurulduğunu, modul səviyyəsində veb interfeys, vahid ödəniş, ad dəyişmə, borc idarəetmə və bildiriş funksiyaların layihələndirildiyini bildirdi. 

Energetika nazirinin müavini Samir Vəliyev, müvafiq sahədə həyata keçirilən islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan və mühüm yenilik olan “Vahid Kommunal Xidmətlər” altsisteminin əhəmiyyətindən danışdı. O, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş EHİS-in Əsasnaməsinə uyğun olaraq “Vahid Kommunal Xidmətlər” altsisteminin operatoru funskiyasını həyata keçirəcək qurum qismində Energetika Nazirliyinin vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq altqrupda təmsil olunan Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin də iştirakı ilə müzakirələrin keçirilməsinin faydalı olacağını bildirdi. Keçiriləcək görüşlərdə altsistemin formalaşdırılması istiqamətində 2026-cı il üçün Yol Xəritəsinin hazırlanması məqsədilə adıçəkilən Agentlik tərəfindən aidiyyəti üzrə təkliflərin təqdim ediləcəyini bildirdi. 

Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxalıyev çıxış edərək “Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması istiqamətində görülən işlərin uğurla aparıldığını, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əsas nəticəyə nail olunması istiqamətində mühüm addımlar atıldığı barədə iclas iştirakçılarına məlumat verdi. O, Altqrupun 2026-cı ilə üzrə Fəaliyyət Planının hazırlanmasına başlanılmasını zərurətini qeyd etdi. 

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

Kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır

09-10-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə