Previous Next
Bağla

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026 17:12
Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti onlayn iclası keçirilib.

Xeberler.az İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, iclasda komissiyanın aidiyyəti işçi qruplarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Qlobal İnnovasiya İndeksi 2025” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. İndikatorlar üzrə məlumatların yenilənməsi, beynəlxalq təşkilatlarla əlaqələndirmənin davam etdirilməsi və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev məlumatların beynəlxalq təşkilatlara vaxtında və düzgün təqdim edilməsinin vacibliyini qeyd edib, indeks indikatorlarının fəaliyyət planlarında daha sistemli nəzərə alınmasının önəmini vurğulayıb.

İclasda indeks üzrə görülmüş işlər, yenilənməsi tələb olunan indikatorlar, yaxın dövr üçün nəzərdə tutulan tədbirlər və növbəti hesabatla bağlı məsələlər müzakirə olunub. Sonda aidiyyəti işçi qrupları arasında koordinasiyanın gücləndirilməsi və fəaliyyət planlarının vaxtında icrasının vacibliyi qeyd edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə