Previous Next
Bağla

Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

26-11-2009 11:42
Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.

Dizayn, quruluş və məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt Nazirliyin fəaliyyətinin ayrı - ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təhsil sahəsinə dair normativ - hüquqi bazanın vahid mənbədə cəmləşdirilməsini təmin edir.

Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar və onların nəticələri əksini tapıb.

Struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənən saytdaorta ixtisas və ali məktəblərin siyahısı, onların əlaqə telefonları, internet və e-mail ünvanları verilib. Saytda \"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı\"na aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müvafiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlumatlar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəssisələri və ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınan təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəblərindəki vakansiyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), məktəbəqədər təhsil və digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib. Mükəmməl axtarış sistemi və zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər.

Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar, fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları, əsasnamələr, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası və təhsil sahəsinə aid digər çoxsaylı normativ - hüquqi sənədlər də geniş ictimaiyyətin marağına səbəb olacaqdır. Saytda rəhbərliyin qəbul günləri yer alıb, nazirliyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrıca bölmədə verilib, \"Qaynar xətt\" xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri bölmələri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifadəçilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin və yeniliklərin çatdırılmasını təmin edir.

Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə həyatına və təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir.

Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahəsində aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır, təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron dərsliklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəllimlər informasiya-kommunikasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olunur və digər müvafiq tədbirlər uğurla həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

19-05-2009

Korrupsiyaya qarşı mübarizəyə aid yeni sayt istifadəyə verildi

15-02-2011

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

Təhsil Nazirliyində Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat keçirilib

22-02-2013

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

Məktəblər hesabatları elektron formada təhvil verəcəklər

27-02-2013

Agentlik “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

13-09-2024

Təhsil Nazirliyi müəllim və şagirdlərin məlumat bazasının yaradılması işini yekunlaşdırır

07-01-2009

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Bölgələrdə kompüter biliklərinin artırılması üçün xüsusi proqram hazırlanmışdır

08-10-2008

Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib

14-07-2011

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011

Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015

Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

08-05-2012

“Azərbaycan Təhsil Portalı”nın təqdimat mərasimi keçirilib

20-05-2009

“DATA Mərkəzinin yaradılması təhsilin idarə edilməsində çevik mexanizmin işlədilməsinə kömək edəcək”

11-06-2009

Təhsilin informasiyalaşdırılmasında Azərbaycan təcrübəsi təqdim olunub

06-10-2009

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə