Azərbaycanda mobil rabitə xidmətlərinin həcmi 32,9% artıb

19-12-2008 / 18:38


  Cari ilin yanvar-oktyabr ayları ərzində rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə təqdim olunmuş rabitə xidmətlərinin məbləği 828,4 milyon manat təşkil edib ki, bu, ötən il əldə olunan göstəricidən 29,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi bildirir. Həmin xidmətlərin 75,8% isə bilavasitə əhaliyə göstərilib.
  Qeyd edək ki, həmin sahə üzrə əldə olunan gəlirlərin 72,2% mobil rabitənin payına düşür. 2007-ci ilin həmin dövrü ilə müqayisədə mobil rabitə xidmətlərinin həcmi 32,9% artıb.
2008-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən təqdim olunmuş məhsul və xidmətlərin həcmi 31,5% artaraq faktiki qiymətlərdə 791,5 milyon manat təşkil edib.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan işçilərin orta əmək haqqı 25,3% artaraq 432,7 manat olub, Day.az  yazır.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə