“Azərbaycanda olan bütün mobil operatorları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən təkliflər paketi alıb. Məsələ Tarif Şurasının gündəliyində durur, ancaq hələ hansısa qərar qəbul olunmayıb. Biz ümidvarıq ki, yaxın günlərdə mobil telefonla danışıq qiymətləri aşağı salınacaq”. Bu açıqlamanı “Media forum” saytına nazirliyin mətbuat xədmətinin rəhbəri Müşfiq Əmirli verib.
“Azərfon” şirkətinin mətbuat xidmətinin rəhbəri Əziz Axundov “Media forum”a bildirib ki, hazırda hökumətlə danışıq qiymətlərinin endirilməsinə yönəlik danışıqlar gedir: “İndi bazarda “Nar mobile”dən sərfəli qiymət təklif edən operator yoxdur. Qiymətlərin nə qədər endiriləcəyi haqda məlumat verə bilmərəm. Amma şirkət ən sərfəli variantlardan istifadə edəcək”.
Bugünlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil raditə xidmətləri haqqının iki-üç dəfə aşağı salınması barədə Tarif Şurasına müraciət təqdim edib.
Ölkənin digər mobil operatoru – “Bakcell”in ictimaiyyətlə əlaqəlar üzrə meneceri İlham Əfəndiyev “Media forum”a deyib ki, son illər şirkət qiymətləri bir neçə dəfə aşağı salıb, indi də bu istiqamətdə təklifləri gerçəkləşdirməyə hazırdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri