10 yaşlı Twitter haqqında ən maraqlı məlumatlar

21-03-2016 / 15:16

Bu gün məşhur sosial platforma olan Twitter-in 10 yaşı taman olur.

Xeberler.az-ın məlumatına görə, Twitter  ilk dəfə 10 il  əvvəl, martın 21-də internet istifadəçilərinə xidmət etməyə  başlayıb.

Dünyanın hər yerində, hər  millətdən, hər yaşdan  istifadəçisi olan Twitter 10 yaşını qeyd edir.

 Bu gün istifadəçilər #LoveTwitter  həştəqi ilə  Twitter-i  təbrik edir.

10 il ərzində sosial platforma ilə bağlı ən maraqlı 10  məlumatı təqdim edirik:

 Twitter-də ümumi olaraq qeydiyyatdan keçmiş 1.3 milyon  istifadəçi var.  320 nəfərin aktiv istifadə etdiyi platformanın aylıq girişi 120 milyondur.

 

Twitter.com-u ziyarət edən, amma daxil olmayan aylıq 500  milyon istifadəçisi var.

 

Twitter-də  1 milyon izləyici sayına çatan məşhur aktyor  Asthon Kutcher olub.

Dünya çapında 139  ölkənin prezidentinin rəsmi  Twitter hesabı var.

 Twitter-də təsdiqlənmiş hesabların 24, 6 faizi jurnalistlərə aiddir.

 Twitter-də həştəqdən  ilk dəfə 2007-ci ilin avqustun 28-də istifadə edilib.

Tarixdə ən çox  retweet alan paylaşım  ABŞ prezidenti Barak Obamaya aiddir.

 

Twitter-də haqqında ən çox danışılan idman təşkilatı 2014 Dünya Kuboku olub.  Turnir ərzində 672 milyon tweet göndərilib.

Twitter-də təxminən 20 milyon saxta hesab var.

Twitter-in ən yeni rekorlarından biri də Oscar mükafatlı  oyunçu Leonardo Di Caprioya məxsusdur.

Məşhur adın mükafat alması üzərinə dəqiqədə 440 mindən çox tweet göndərilib.

 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.