Twitter ikinci rübün ilk rəsmi nəticələrini açıqladı.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumatına görə, şirkət aylıq aktiv istifadəçi sayını ötən ilin ikinci rübünə nəzərən 15 faiz artırıb. Twitter eyni zamanda 308 milyon olan aylıq aktiv istifadəçi sayını 316 milyona çatdırıb.
Twitter-in icraçı direktoru Jack Dorsey ikinci rübün ilk nəticələrindən ümumi olaraq məmnun olsa da, inkişaf baxımından yetərincə öndə olmadıqlarını bildirib.
Twitter ikinci rübdə 502 milyon dollar gəlir əldə etməyi bacarıb. Bir əhəmiyyətli fakt isə Twitter-in gəlirlərinin 88 faizinin mobil mənbələrdən gəlməsidir. Mobil mərkəzi olan sosial şəbəkənin bu mənada çox müvəffəqiyyətli olduğunu vurğulamaq mümkündür.
Qeyd edək ki, bu rübdə 545 ilə 560 milyon dollar arasında gəlir əldə etməyi gözləyən Twitter-in artıq 3.6 milyard dollar büdcəsi var.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri