Twitter-də ən çox izləyicisi olan hesab kimindir?

21-08-2015 / 10:35

Twitter-də ən çox izləyicisi olan dünya liderləri məlum olub.

Xeberler.az məlumat verir ki, bu barədə BMT-nin Twitter-dəki hesabında məlumat verilib.

Məlumata əsasən, ən çox oxunan dünya lideri ABŞ prezidenti Barak Obamadır. Onun Twitter sosial şəbəkəsindəki səhifəsini təxminən 57 milyon insan izləyir. 

Daha sonra siyahıda 19,5 milyon izləyicisi olan Roma Papası II Fransisk və təxminən 11 milyon izləyicisi olan Hindistanın baş naziri Narendra Modi gəlir. 

Türkiyə prezidenti də ən çox oxunan dünya liderləri beşliyinə daxil olub. Onun Twitter hesabına 6 milyon hesab abunədir. 

Ağ evin hesabı isə beşinci yeri 5,9 milyon izləyicisi ilə tamamlayır.

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.