2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018 / 12:10

Hackathon layihəsinin Azərbaycan üzrə qalibləri bəlli olub.

Bu barədə Xeberler.az-a Azercell-dən məlumat verilib.

Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin reallaşdırdığı və PAŞA Bank-ın dəstək verdiyi daha bir təlim və yarış xarakterli layihənin qalibləri aşağıdakılardır:

I yer - "Dev Adamlar", II yer - "Brogrammers", III yer - "Web's Dragons".

Qaliblər Azercell, Barama Mərkəzi və PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5-ci dəfə baş tutur. Layihədə iştirak edən proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması olub. 14 komandanın mübarizə apardığı yarışma 36 saat davam edib.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.