Previous Next
Bağla

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018 17:56
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

Xeberler.az bildiri ki, Azercell Telekom MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub. Belə ki, İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin strategiyası, hədəfləri və maraqları barədə daha ətraflı məlumat əldə etmək üçün mərkəzdə qonaq olub.
İsrail XİN-nin gənc diplomatları - xanım Hila Rouzfeldin, cənab Mayk Driquezin, Azercell-in Strategiya və İnnovasiya şöbəsinin və Barama Mərkəzinin rəhbəri İmran Bağırovun, şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın, PAŞA Bankın Dayanıqlı İnkişaf Məsələləri üzrə aparıcı meneceri Ceyhun Atayevin və digər Azercell nümayəndələrinin iştirak etdiyi görüşdə startaplarla İsrail şirkətləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İsrail rəsmiləri korporativ sosial məsuliyyət və innovativ həllər sahələrində Barama mərkəzi ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər. Səfir Dan Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini və yerli startaplara dəstəyin yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bütün istiqamətlərdə Azərbaycan və İsrail arasında əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, gələcəkdə qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün çalışacağını bildirib.

Öz növbəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin gələcək fəaliyyəti, yaxın vaxtlarda həyata keçirəcəyi beynəlxalq layihələri haqqında qonaqlara məlumat verib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək və qoruyub saxlamaq üçün yaradılıb.
Əsas məqsədi startupların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdə olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. 9 il ərzində Baramada 80-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 20-si hazırda müstəqil şirkətlərdir. Hər il mərkəz Hackathon, Barama Yeniyetmələr Akademiyası - İT Məktəbi, Mentorlarla Səhər yeməyi, Stupid Idea Day və s. kimi 50-dən çox tədbir təşkil edir. Barama Mərkəzənin hal hazırda həm Bakı həm də bölgələrdə 5 fiziki ofisi var: Baş Ofis, Bakı Dövlət Universiteti, Baku ABC School, Gəncədə Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018
Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019
Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015
Barama məktəblilər üçün yeni layihəyə başlayır

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017
Növbəti startap turu Qubada keçiriləcək

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018
Startapçı həyatından bir gün

Startapçı həyatından bir gün

12-10-2018
Barama ölkəmizi Seedstars-da təmsil edib

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017
Barama Regional Sahibkarlıq Konfransı baş tutub

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018
Azercellin departament rəhbəri işdən ayrılıb

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019
2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018
Azercell-dən sahibkar xanımlara dəstək

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019
Barama Media Mərkəzi istifadəyə verildi-Foto

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017
Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018
İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019
Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018
Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017
Barama Graduation Ceremony tədbiri baş tutub

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018
Azercell Telekom MMC və İsrail Səfirliyinin birgə layihəsi

Azercell Telekom MMC və İsrail Səfirliyinin birgə layihəsi

05-02-2019
Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017
"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019
Azercell mükafata layiq görüldü

Azercell mükafata layiq görüldü

03-11-2015
Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019
A’Startap Sammitinə qeydiyyat başladı

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018
“Barama İnkubasiya 2021” proqramı davam edir

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə