Məlumat verdiyimiz kim, WoWoman 2 illiyini qeyd edib.
Xeberler.az-ın məlumatına görə, Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il ərzində WoWoman platformasının ən yaxşı tərəfdaşlarından biri elan olunub.
Qeyd edilib ki, WoWoman platforması ötən il Barama Mərkəzi ilə birlikdə TechFall 2016 Hackathon layihəsini həyata keçirib. Layihə çərçivəsində proqramçılar 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlayaraq Hackathon formatında yarışıblar.
WoWoman platformasının ötən il ərzindəki ən uğurlu layihələrindən biri olan Tech-Tech Xanım da Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyilə baş tutub.
İl ərzində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında məlumatlar verilib. Proqram çərçivəsində 20-dən çox tədbir keçirilib, 1500-dən çox ərizə daxil olub.
Ötən il həmçinin, “WoWenture” sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün “HR Academy” layihəsinə start verilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri