Previous Next
Bağla

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018 11:00
Proqramçıların sevimli müsabiqəsi başlayır

“Barama FinTech Hackathon” yarışmasına start verildi İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasına start verilir.                                            

Xeberler.az  bildirir ki, Hackathon FinTech maliyyə məhsullarını inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir araya gətirir. Müsabiqə risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr, “big data”, pərakəndə bankçılıq, tənzimləmə uyğunluğu, mobil ödənişlər və sosial sahədəki yenilikləri əhatə edir. Artıq ölkəmizdə altıncı dəfə təşkil olunan “Barama Hackathon” müsabiqəsində iştirakçılar 36 saat ərzində proqramlaşdırmaq, öz ideyalarını həyata keçirmək və məhsullarını münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcəklər.

Müxtəlif təcrübə və bacarıqlara malik 50 iştirakçı 24-25 noyabr 2018-ci il tarixdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində 3 nəfərdən ibarət komandalar şəklində bir araya gələrək müxtəlif sahələrdə mövcud problemlərlə bağlı həllər hazırlayacaqlar. 15 yaşdan yuxarı və texniki biliklərə malik olan hər kəs 21.11.2018-ci il tarixinə qədər http://hackathon.barama.az/ saytında qeydiyyatdan keçib, yarışmada iştirak edə bilər. Müraciət edən şəxslərə elektron poçt vasitəsilə təsdiq məktubu göndəriləcək, iştirakçılar müsabiqəyə qoşulmaq üçün məktuba cavab olaraq öz iştiraklarını təsdiq etməlidirlər.

Qeyd edək ki, müsabiqənin media dəstəyi Technote Media-ya məxsusdur. Gənclərin öz innovativ fikirlərini həyata keçirməsinə və biznes qurmasına imkan yaradan “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir. Mərkəzin ölkəmizdə təşkil etdiyi yerli və beynəlxalq layihələr sahibkarlığa dəstək vermək, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və yaranmaqda olan şirkətlərə kömək məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Onlar 36 saat yatmayacaq- Yarışma

04-03-2016

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Proqramçılar yarışa çıxır

26-10-2018

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

Startapçı həyatından bir gün

12-10-2018

Məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri keçiriləcək

17-07-2018

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Proqramçılar arasında keçirilən yarışın qalibləri-Foto

02-11-2017

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə