37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019 / 13:07

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 37,500 nəfəri keçib. EKTİS-də ən çox Salyan, Biləsuvar və Şəki rayonlarından olan fermerlər qeydiyyatdan keçib.

Xeberler.az  bildirir ki, hazırda fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri  Bərdə və Tərtər rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparır.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri aktiv iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və ərazi üzrə ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.