Previous Next
Bağla

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019 13:38
Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

Quba rayonunda fəaliyyət göstərən fermerlər öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlayıblar.

Xeberler.az  bildirir ki, EKTİS-in tətbiqi ilə bağlı pilot rayon kimi seçilmiş Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılıb. Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, ASAN Xidmətdə, Fermer evində və Hacıhüseynli kəndində qurulmuş məntəqələrə yaxınlaşaraq, EKTİS-də qeydiyyatdan keçə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və ASAN Xidmətin əməkdaşlığı çərçivəsində Səyyar ASAN Xidmət avtobusu Hacıhüseynli kəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət göstərməyə başlayıb. Qubanın Hacıhüseynli, Hacıqayıb, Əliməmmədova, Davidova, Ərməkiqışlaq, Qımılqışlaq, Novonikolayevka, Küpçalqışlaq, Mirzəqasım kəndlərində yaşayan fermerlər Səyyar ASAN Xidmət avtobusuna yaxlınlaşaraq EKTİS sistemində özlərinə şəxsi kabinetlər yaradır, aqrar fəaliyyətlərinə dair informasiyalarını qeyd edirlər. Kənd Təsərrüfatı Nazirliyinin yerli və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri sistemdən istifadə qaydaları, EKTİS-in funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bu prosesə cəlb olunan əməkdaşlara bazar ertəsindən başlayaraq xüsusi təlimlər keçirilib, xidmət reqlamenti izah olunub. Eyni zamanda Qubada fəaliyyət göstərən ASAN Xidmət Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən brifinqdə jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, yeni istifadəyə verilən sistem fermerlər üçün bir çox üstünlüklər yaradacaq:

“Fermerlər www.eagro.az saytında FİN kod və telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir, özünə şəxsi kabinet yaradır, çıxarış sənədi əsasında elektron xəritədə özünə məxsus torpaq sahəsinin koordinatlarını və sahəsini qeyd edir, bu il həmin sahədə hansı məhsul əkdiyi barədə məlumat verir. Formalaşan məlumatlar bazası mövcud trendləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək. Fermerlər eyni zamanda bu sistem vasitəsilə heç bir yerə getmədən, mobil telefon, planşet və ya kompüter vasitəsilə istədiyi xidməti sifariş verə, şikayətlərini qeyd edə bilərlər. Sistem xidmət sifarişi və şikayətlərə operativ, çevik reaksiya vermək imkanı yaradır”.

Fermerləri EKTİS sistemində qeydiyyatdan keçməkdə aktiv olmağa çağıran nazirlik rəsmisi ilk gün müşahidə olunan fəallıqdan razı qaldıqlarını bildirib:

“Hacıhüseynli kəndində səyyar xidmət avtobusuna yaxınşlaşan fermerlərlə söhbətlərimiz oldu. Fermerlər Elektron Kənd Təsərrüfatı Sisteminin onlara verəcəkləri üstünlükləri anlayırlar. Xidmət məntəqələrində müşahidə olunan fəallıq bunu söyləməyə əsas verir. Onların çoxsaylı suallarını könüllülərimiz, təlimə cəlb olunan əməkdaşlarımız cavablandırırlar. İlkin reaksiyalar normaldır. Həftə sonu xidmət məntəqələrinə daha çox axının olacağını gözləyirik”.

Vüqar Hüseynov əlavə edib ki, Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016

Fermerlər kompüter və smartfon vasitəsilə e-xidmətlərdən istifadə edə biləcək

27-11-2015

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015

10 rayonun Azərkosmosdan yoxlamaları başa çatıb

22-01-2020

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı başlayıb

01-08-2025

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə