Abituriyentlərimizə dəstək milli saytlarımızda

08-05-2015 / 16:09

Məlum olduğu kimi yaxın zamanlarda   abituriyentlərin ali və orta təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bunu nəzərə alaraq Xəbərlər   “Milli resurslar” rubrikasında  bu dəfə  abituriyentərə kömək məqsədi ilə  ölkəmizdə fəaliyyət göstərən təhsil   yönümlü milli saytları araşdırıb.

Xeberler.az  rubrikamız  çərçivəsində abituriyentərə kömək ola biləcək milli təhsil resurslarını təqdim edir:

tqdk.gov.az –saytında sınaq imtahanları, yekun qiymətlər, rezidentura, magistratura kimi bölmələr vardır. Burada təhsil haqqında ən son yeniliklər barədə məlumat almaq mümkündür. Saytın eservices.tqdk.gov.az bölməsində qeydiyyatdan keçməklə ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi prosesi haqqında məlumatlarla tanış ola bilərsiniz.

 coqrafiya.infosaytı müəllimlər, tələbələr və şagirdlər üçün faydalı saytdır. Abituriyentlər burada animasiyalar, proqramlar və təqdimatlar, dünya okeanı, coğrafiya lüğəti, video dərslər vasitəsilə müəyyən biliklər əldə edə bilərlər.

bilik.edu.az –saytında ali məktəbə hazırlaşan abituriyentlər Bilik tədris mərkəzinin təşkil etdiyi xarici dil , kompüter kursları, abituriyent hazırlıqlarından faydalana bilərlər.

aliyasalimova.com- Fyuzis saytında müasir dərsə lazım olan bütün təqdimatlar, videoçarxlar, həm müəllimlərin, həm də şagirdlərin istifadə edə biləcəyi digər materiallar da yerləşdirilib.

tarix.info saytında ali məktəbə hazırlaşan abituriyentlər tarix fənni üzrə çoxlu biliklər əldə edə bilərlər.

riyaziyyat.az –saytında riyaziyyat fənninə aid bir çox məlumatlar yerləşdirilib.

promote-courses.com–saytında müxtəlif fənlər üzrə xarici dil kursları verilib.

abiturient.az –saytında şagirdlərin, abituriyentlərin, magistraturaya və rezidenturaya hazırlaşan gənclər üçün təhsil haqqında məlumatlar yerləşdirilib.

kaspi.edu.az - Kaspi təhsil saytında abituriyentlər üçün sınaq imtahanları, tədris proqramları  verilib.

asanfizika.blogspot.com –saytında fizika perspektiv planlaşdırma, VEB 2.0 e-lövhədə video resurslar, fizika qanunları kimi bölmələr yerləşdirilib.

smiiyi.az –Sayt Azərbaycan Dövlət Neft Akademiyasında fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda distant oxumaq üçün nəzərdə tutulub.

portal.edu.az –saytında vaileynlər, müəllimlər, şagirdlər və abituriyentlər üçün təhsillə bağlı məlumatlar yerləşdirilib.

azeritest.com saytı elmi-kütləvi intellektual saytdır. Bu sayta daxil olan istifadəçi müəyyən biliklərə yiyələnməklə yanaşı 6-cı sinifdən 11-ci sinfədək bütün fənnlərdən test edib öz biliklərini yoxlaya bilərlər. Testlərin sualları hər həftə dəyişir. Ali məktəbə qəbul olmaq istəyənlər üçün saytda 1, 2, 3, 4-cü qruplar üzrə test-sınaq imtahanları verilib.

shagird.info –saytında yerləşdirilmiş fənlər üzrə testlər, sınaqlar, təhsil sistemində baş verən son yeniliklər, məntiq testləri ali məktəbə hazırlaşan abituriyentlərə müəyyən dərəcədə köməklik göstərir.

biologiya.org – Saytda orta məktəblərin biologiya fənninə, aid dərs proqramları, biologiya kurikulumu, dərsliklər, metodiki və əlavə vəsaitlər, video nümunələri, Azərbaycanın və dünyanın tanınmış bioloqları haqqında məlumatlar verilib.

sinaqimtahani.com – saytında sınaq imtahanları, nəticələr barədə məlumat ala bilərsiniz. Həmçinin evinizdən çıxmadan sınaq imtahanlarında iştirak edə bilərsiniz.

bilikli.net -saytında məntiq testləri, informatika testləri, onların izahı, düzgün cavablar qeyd olunub.

musabiqe.edu.az – Təhsil Nazirliyinin resursudur. Burada  təhsildə İKT-nin tətbiqi ilə əlaqəli  elektron təhsil müsabiqəsi keçirilir. Arxiv formalaşıb.

sinaqimtahani.net – saytında onlayn sınaq imtahanlarıyla yanaşı təhsil haqqında məlumatlar da qeyd olunub.

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.