Previous Next
Bağla

Virtual tibb bələdçilərimiz

27-05-2015 10:20
Virtual tibb bələdçilərimiz

Sağlamlıq insan həyatı üçün vacib amillərdən biridir. 

Xeberler.az “Milli saytlar“ rubrikasında bu dəfə ölkəmizdə fəaliyyət göstərən milli tibbi sağlamlıq saytlarını araşdırıb.

 Adı çəkilən rubrika çərçivəsində sağlamlığınız haqqında məlumat ala biləcəyiniz milli tibbi saytları təqdim edirik:

diabet.az - saytında şəkərli diabet xəstəliyinin əlamətləri, bu xəstəlikdən qorunma üsulları haqqında məlumat toplaya bilərsiniz.

saglamolun.az -saytında müxtəlif xəstəliklərin, onların müalicə prinsipləri, diaqnostika və profilaktikası haqda faydalı və maraqlı məlumatlar oxumaq mümkündür.

az.med.az -saytında sağlamlığınızın qorunması üçün vacib olan məlumatları oxuya bilərsiniz.

health.gov.az - Səhiyyə Nazirliyinin rəsmi İnternet resursudur. Ölkə vətəndaşlarının sağlamlıq vəziyyəti, sağlamlıq haqqında qəbul edilmiş qərarlar haqqında bu portalda geniş məlumat verilib.

curaprox.az - ağız boşluğunun mükəmməl gigiyenası üçün lazımı məlumatlar bu saytda yerləşdirilib.

saglamaile.az saytı “ Sağlam ailə” tibb mərkəzinin nəzdində fəaliyyət göstərir. Gənclərin reproduktiv sağlamlığı haqqında ən geniş bilgilərə saytı izləməklə nail ola bilərsiniz.

aptekonline.az - “*7700 əczaçiliq portali” ölkəmizdə ilk dəfə olaraq dərman çatdırılması xidməti göstərir. Bu portal vasitəsilə sağlamlığınızın qayğısına qalaraq vaxt itirmədən yaxınlıqda yerləşən aptkedən ehtiyacınız olduğu dərman preparatını ala və ya sifariş edərək ünvanınıza çatdırılmasını həyata keçirə bilərsiniz.

e-eye.az - Bu sayt görmə məhdudiyyəti olan istifadəçilər üçün hazırlanıb. Saytla birlikdə görmə məhdudiyyəti olan istifadəçilər üçün İnternet brauzer proqramı da yaradılıb. Bu proqram vasitəsilə istifadəçilər bu və digər saytlara daxil ola bilrlər.

medsayt.az - tibbi yeniliklər, tibbi xəbərlər, tibbi bələdçi, medikal şoppinq, həkimlərimiz kimi bölmələrdən ibarətdir. Sağlamlığınızla bağlı məlumatları bu saytda əldə edə bilərsiniz.

w-e-h.org – Müəyyən edilib ki, kor və görmə qabiliyyəti zəif olan şəxslərin 2\3-ü qadınlardır. Bu saytda qadın göz sağlamlığı haqqında məlumatlar verilib.

sehiyyeportali.yaxta.info - saytında müxtəlif xəstəliklər, onların müalicəsi haqında xəbərlər oxuya bilərsiniz.

az-tibb.com - saytı dərmanların tərkibi, farmokoloji xüsusiyyətləri, istifadə qaydaları, göstəriş və əks göstərişləri barədə məlumatlar verilib.

ailehekimi.az - saytında müxtəlif tibbi, psixoloji və sosial məsələlər, düzgün qidalanma, zərərli vərdişlərlə mübarizə, ana və uşaq sağlamlığı, idman, gözəllik kimi aktual mövzularla əlaqədar ölkənin tanınmış ictimai-siyasi və elm xadimləri, iş adamları ilə müsahibələr yer alıb.

saglamxeber.com - saytında sağlamlığınızla bağlı sizi narahat edən suallara cavab tapa bilərsiniz.

dietoloq.wordpress.com - saytında yerləşdirilən materiallar, xəbərlər, məlumatlar sayəsində sağlam şəkildə arıqlamağın yollarını öyrənə bilərsiniz.

makiyaj.az -saytında dəri, saç, dırnaqlarınızın sağlamlığı haqqında məlumatlar verilib.

dermaninfo.az - Azərbaycan Respublikasında qeydiyyatdan keçən dərman preparatlarının elektron kataloqudur.

healthmed.az- saytında əhalinin sağlamlığının qorunması üçün vacib məlumatlar yerləşdirilib.

tibb.az -saytında sağlamlıqla bağlı çoxlu məlumatlar yerləşdirilib.

saglam.az - sağlamlıq mərkəzləri, tibb məntəqələri ilə əlaqəni asanlaşdırmaq, xəstələrin ixtisaslı həkimləri tapmaqda çətinliyi aradan qaldırmaq üçün bu saytdan məlumatlar əldə etmək olar.

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dini məlumatlar milli saytlarımızda

Dini məlumatlar milli saytlarımızda

11-07-2015
Dəblə ayaqlaşan milli saytlarımız

Dəblə ayaqlaşan milli saytlarımız

02-07-2015
Kim sevirsə idmanı, həmişə sağlamdır canı - Rubrika

Kim sevirsə idmanı, həmişə sağlamdır canı - Rubrika

16-05-2015
Proqramlaşdırmanı öyrədən milli saytlarımız

Proqramlaşdırmanı öyrədən milli saytlarımız

17-08-2015
Milli Net-də Nominant statusu alan növbəti saytlar

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015
Aztibb.az portalı istifadəyə verilib

Aztibb.az portalı istifadəyə verilib

22-07-2020
Hərbi-texnoloji yeniliklər milli saytlarımızda

Hərbi-texnoloji yeniliklər milli saytlarımızda

26-06-2015
Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib

Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib

23-02-2011
Abituriyentlərimizə dəstək milli saytlarımızda

Abituriyentlərimizə dəstək milli saytlarımızda

08-05-2015
İş tapmağınıza kömək edən milli saytlarımız

İş tapmağınıza kömək edən milli saytlarımız

07-08-2015
Uşaqlarla böyüyən milli saytlar

Uşaqlarla böyüyən milli saytlar

01-06-2015
Milli Net-də Nominant statusu alan növbəti saytlar

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015
Dinləyin və zövq alın - Milli saytlar

Dinləyin və zövq alın - Milli saytlar

23-07-2015
Evlərin kirayəsi və satışı milli saytlarımızda

Evlərin kirayəsi və satışı milli saytlarımızda

09-09-2015
Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015
Milli Net-də Nominant statusu alan növbəti saytlar

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015
Sağlamlığınızı mobil tətbiqlərimizlə qoruyun

Sağlamlığınızı mobil tətbiqlərimizlə qoruyun

01-09-2015
Ağzımızın dadı milli saytlarımızda

Ağzımızın dadı milli saytlarımızda

30-04-2015
Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

01-07-2021
MilliNet-də Nominant statusu alan növbəti saytlar

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016
Bank resurslarımızdan faydalanın

Bank resurslarımızdan faydalanın

21-09-2015
Elektron sağlamlıq kartlarının sayı 13 faizdən çox artıb

Elektron sağlamlıq kartlarının sayı 13 faizdən çox artıb

03-07-2015
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025
Kitablarımızı milli saytlardan oxuyun

Kitablarımızı milli saytlardan oxuyun

29-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə