Previous Next
Bağla

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019 15:22
Qəbul imtahanlarının I və II  mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Lakin Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək.

Xeberler.az  bildirir ki, onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq. Ümumilikdə 5 sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq. Sınaq imtahanlarına yazılış yaxın günlərdə mümkün olacaq və əvvəlcədən elan edilmiş tarixlərdə aparılacaq. İmtahanlar da müəyyən edilmiş tarix və saatlarda keçiriləcək. İmtahanda iştirak haqqı 3 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola biləcəklər.

Lakin yazılı şəkildə cavab vermək tələb olunan açıq tipli tapşırıqların qiymtələndirilməsi imtahan verənlərin özləri tərəfindən aparılacaq. Məlum olduğu kimi açıq tipli tapşırıqlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Meyarlarda tapşırığın mümkün doğru cavabları və abituriyentlərin verdiyi cavabların hansı balla qiymətləndirilə biləcəyi əksini tapır. Abituriyentlər öz cavablarını meyarlarla müqayisə edib özlərinə qiymət yazacaqlar. Bu imkan, eyni zamanda abituriyentlərin, eləcə də müəllimlərin meyarlar əsasında tapşırıqları qiymətləndirmə vərdişlərinin formalaşmasına kömək edəcək. Qiymətləndirilmə aparıldıqdan sonra abituriyentlər həm qapalı, həm də açıq tipli tapşırıqlar üzrə topladıqları yekun bal ilə tanış ola biləcəklər. http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

09-04-2019
Azərbaycanda onlayn sınaq imtahanları başlayır

Azərbaycanda onlayn sınaq imtahanları başlayır

27-02-2019
Ödənişsiz onlayn sınaq imtahanı

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018
DİM onlayn sınaq imtahanları keçirəcək

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018
Elektron sınaq imtahanları davam edir

Elektron sınaq imtahanları davam edir

30-03-2017
Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018
Portal üzərindən sınaq imtahanına necə yazılmaq olar?

Portal üzərindən sınaq imtahanına necə yazılmaq olar?

25-02-2016
DİM buraxılış imtahanının nəticələrini elan edib

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018
TQDK sınaq imtahanının nəticələrini açıqladı

TQDK sınaq imtahanının nəticələrini açıqladı

22-04-2015
TQDK onlayn sınaq imtahanı keçirir

TQDK onlayn sınaq imtahanı keçirir

10-03-2015
Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019
Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023
Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

06-05-2015
Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
Sınaq imtahanında iştirak edə bilməyənlərin nəzərinə

Sınaq imtahanında iştirak edə bilməyənlərin nəzərinə

04-05-2018
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb.

Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb.

13-06-2014
DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017
“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə