Android-də onlarla təhlükəli boşluq aradan qaldırılıb

07-09-2017 / 14:38

Google şirkəti tərəfindən təqdim ediləcək sentyabr yeniləməsində Android platforması, Broadcom, Qualcomm və MediaTek şirkətlərinin komponentləri və Linux sisteminin nüvəsi üçün düzəlişlər əlçatan olacaq.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  sentyabr yeniləməsində “Android media framework”un tərkibinə daxil olan kitabxanalarda düzəliş qeydə alınıb.

Kitabxanalarda 24 boşluq aşkar edilib. Onlardan 10-u kritik əhəmiyyətli olub. 11 boşluq isə hələ təqdim edilməmiş Android 8.0 Oreo sistemi ilə bağlıdır. Ən təhlükəli boşluq hakerlərə imtiyazlı proses kontekstində ixtiyari kodun icrası üçün xüsusi hazırlanmış fayldan istifadəyə imkan verirdi. Həmçinin “Wi-Fi Broadcom” drayverinə müdaxilə edən bir neçə boşluq aradan qaldırılıb.

İstifadəyə veriləcək iki yenilənmə paketindən biri qismən düzəlişlər dəsti, digəri isə tam düzəlişlər dəstindən ibarətdir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.