Qlobal elektron poçt xidmətində “Zero-Day” boşluq aşkarlanıb

26-08-2022 / 17:53

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən qlobal elektron poçt xidməti sisteminin audit yoxlamaları zaman elektron poçt sisteminin məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşkar edilmişdir.

Xeberler.az bildirir ki, bu barədə cert.az məlumat verib.

Aşkar edilmiş bu boşluq rəsmi olaraq təsdiqlənmiş və ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən CVE-2022-35115 identifikasiya kodu verilmişdir.
Qeyd edilən boşluq barədə qlobal elektron poçt xidmətinin təminatçısı Çex Respublikasının Praqa şəhərində yerləşən proqram təminatı şirkəti olan IceWarp Inc. məlumatlandırılmış, adıçəkilən şirkət isə dərhal müsbət reaksiya verərək müvafiq boşluğu aradan qaldıran yenilənmələri tətbiq etmişdir.
Məlumat üçün qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və ABŞ, Almaniya, Rusiya, Çexiya və Hindistanda ofisləri olan şirkətin məhsulları dünya üzrə 50.000-dən çox müəssisə tərəfindən istifadə olunur. Onun məhsulu Exchange Server, Office 365 və ya G Suite-ə alternativi hesab olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə