Android proqramları Windows Phone-a gələ bilər

29-04-2015 / 13:12

Microsoft ilk çıxdığı gündən bu yana Windows Phone əməliyyat sistemli cihazlardan mənfəət əldə edə bilmir. Hətta buna görə şirkət Nokia-ya reaksiyalar verməyə başlayıb. Xəbərlər -in məlumatına görə, şirkət ağıllı telefon bazarını dəyişdirəcək bir addıma imza ata bilər.

Windows Phone-un tətbiq quruluşu çox mürəkkəb olduğu üçün bir çox developer bu layihələri rədd edir. Windows 10 Mobile təqdimatında hər şeyə yenidən başlamağı hədəfləyən Microsoft universal proqram inkişaf etdirmə kütlələri yaradaraq bunları developer-lərə təqdim etməyi planlaşdırır. Microsoft-a görə, bu kütlələr bütün platformalara tək bir vasitə ilə tətbiq inkişaf etdirmək üçün yarayacaq. Beləcə, Android başda olmaqla, Windows Phone-a bağlı olan bir çox tətbiq sistemə çəkilə biləcək.

Windows Phone istifadəçiləri bu fikrin əməliyyat sistemini adiləşdirəcəyini düşünür. 

Sevil Rəsulzadə

 

                                                                                      


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə