App Store-da mobil əlavələrin sayı 1,5 milyonu ötüb

16-07-2015 / 11:42

AppShopper analitik şirkətindən bildirilib ki, App Store mağazasında aktiv mobil əlavələrin sayı 1,5 milyon ədədi ötüb.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aktiv proqramlar - mağazadan yüklənməyə hazır olan proqramlardır.

Məlumata görə, bu bazar ABŞ-ın Apple şirkətinin onlayn mağazasında əlavələrin sayı 1,5 milyonu ötüb, həmçinin şirkət ümumilikdə 2,3 milyon proqramı təsdiq edib. App Store-da 23 400 proqram məxsusi Mac kompüterləri üçün yazılıb. Bundan əlavə, iPhone istifadəçiləri 1 milyondan çox oyun və əlavə yükləyə bilərlər, eləcə də iPad planşeti üçün 480 minə yaxın proqram optimallaşdırılıb.   

2008-ci il iyulun 19-da fəaliyyətə başlayan App Store əlavələr mağazasında təqdim edilən proqramların bir hissəsi pulsuzdur. Mağazada istifadəçilərin 24 kateqoriyada, o cümlədən oyunlar, sosial şəbəkələr, foto və video, idman, sağlamlıq və fitnes, səyahət və s. kateqoriyada çoxlu seçim imkanı var.

2015-ci ilin ilk həftəsində rekord qeydə alınıb. Belə ki, istifadəçilər mağazada əlavələrin alışına təxminən yarım milyard dollar xərcləyiblər, ilin ilk günündə isə mağaza tarixində gündüz vaxtı satışın maksimal həcminə nail olunub.

Hazırda proqram tərtibatçılarının App Store-da mobil əlavə və oyunlardan ümumi gəlirləri 25 milyard dollar təşkil edir.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə