Mobil proqram yüklənişi rekord həddə çatıb

06-01-2012 / 11:17

25-31 dekabr tarixləri arasında dünyanın hər tərərfindən olan mobil telefon istifadəçiləri İOS və Androidlər üçün 1,2 milyarddan çox proqram yükləyiblər.

Xəbərlər-in verdiyi məlumata görə, 242 milyon yükləmə 25 dekabr- Katolik bayramına təsadüf edib.

Demək olar ki, yükləmələrin yarısı- 509 milyon  ABŞ-dan həyata keçirilib. İkinci yeri 99 milyon  ilə Çin, üçüncü yeri isə 81 milyonla  Böyük Britaniya tutur. Rusiya bu siyahıda yalnız on üçüncü yerlə kifayətlənib, onun payı  təxminən 15 milyon yükləmə təşkil edir. Flurry qeyd edir ki, son həftədəki aktivlik normaldakından 60 faiz çox olub. Belə ki, dekabrın əvvəlində orta hesabla 0,75 million proqram yüklənilib.

Araşdırmalara görə, həmçinin yeni il ərəfəsində İOS və Android bazasında rekord sayda - təxminən 20 milyon  qurğu aktiv edilib. Eyni zamanda, 6,8 milyon aktivləşmə bilavasitə Christmasda qeydə alınıb.

Google-a məxsus olan Android Market mobil tətbiqetmələr üçün sayt (mağaza) 2008-ci ildə yaradılıb. Dekabrın əvvəllərində şirkət yarandığı gündən bəri bu mağazadan 10 milyarddan çox müxtəlif tətbiqetmələrin yükləndiyi bildirilir. Apple şirkətinə məxsus olan  App Store mağazasından isə dekabr ayı ərzində təxminən 20 milyard proqram yüklənilib.

xeberler.az/Samir

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.