ASAN xidmət-də 18 milyonuncu müraciət

30-10-2017 / 10:29

61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə ASAN xidmət mərkəzinə müraciəti ASAN xidmət mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb.

Xeberler.az-ın məlumatına görə, Salman Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

18 milyonuncu vətəndaş müraciətinin sahibi Salman Cəlilov ASAN xidmət tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.