Bu gündən vətəndaşlar 2 saylı ASAN Kommunal mərkəzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.
Xeberler.az-ın məlumatına görə, xidmətlərin ASAN xidmət mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.
Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi-cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.
Qeyd edək ki, ASAN Kommunal mərkəzlərində vətəndaşlara Azərişıq ASC, Azərsu ASC və Azəriqaz İB-nin 45 növ xidməti təqdim olunur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri