ASAN xidmət tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başladı

03-03-2016 / 11:19

Artıq vətəndaşlar ASAN xidmət mərkəzlərinə gəlmədən evdən, işdən və ya internet olan istənilən məkandan sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsi ilə göndərərək tərcümə xidmətindən yararlana biləcək. 

ASAN xidmət-dən Xeberler.az-a verilən məlumata görə, tərcümə olunacaq sənədin şəkili və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir, sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib edilməyəcəyi qeyd olunur.

Əgər vətəndaş kuryer xidmətini seçməyibsə, o zaman sənədi hansı ASAN xidmətn mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır.

Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir.

Vətəndaş onlayn ödəniş etdikdən sonra sənəd tərcümə edilməyə başlanır.  

 

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.