Azərpoçt 500-dək itmiş sənədi sahibinə qaytarıb

07-01-2020 / 21:58

Bugünədək “Azərpoçt” MMC-nin filial və şöbələrində 1623 sənəd qəbul olunub.

Xeberler.az bildirir ki, sahibinə çatdırılan sənədlərin sayı 483, aidiyyətı üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 1128-dir. Hazırda poçt filialları və şöbələrində 12 sənəd sahibini gözləyir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

Sənədini itirən şəxs “Poçtap” xidmətinin “www.pochtap.az” internet səhifəsindən, “169” saylı Çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, “http://www.pochtap.az” internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaşın “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi yaxın poçt məntəqəsinə yönləndirməsi mümkündür. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil alır. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə