www.tercume.asan.az onlayn tərcümə saytı vasitəsi ilə sənəd və ya mətnlərin tərcüməsini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, vətəndaş və ya ölkəmizdə olan əcnəbi şəxs sayt vasitəsilə tərcümə olunacaq məlumatı yükləyib tərcümə ediləcək dili seçir.
Xeberler.az bildirir ki, əlaqə vasitəsi olaraq istifadəçinin emaili əsas götürülür. O cümlədən telefon nömrəsini də qeyd etmək mümkündür. Həmçinin tərcümənin notarial təsdiqinin lazım olub-olmaması və kuryer vasitəsilə çatdırılması üçün seçim imkanları var.
Məlumat tərcümə mərkəzinə daxil olduqda istifadəçiyə bu barədə bildiriş emaili gəlir. Sonra tərcümə mərkəzinin əməkdaşı tərcümənin qiymətini təyin edir. Seçimə uyğun olaraq qiymətə notarius və kuryer qiymətləri də əlavə olunur. Bütün qiymətlər saytın “Qiymət cədvəli” menyusunda (http://tercume.asan.az/qiymet-cedveli) göstərilib.
Tərcümənin yekun qiyməti istifadəçinin emailinə daxil olduqdan sonra o, "ASAN ödəniş" sistemi vasitəsilə ödəməni həyata keçirir. Ödənişdən sonra tərcümə həyata keçirilir.
Hazır sənədlər isə müvafiq olaraq email vasitəsi ilə göndərilə və kuryer vasitəsilə çatdırıla bilər.
Qeyd: "ASAN xidmət" mərkəzlərinin xüsusi iş rejimindəki fəaliyyəti başa çatdıqdan sonra hazır sənədlərin müvafiq mərkəzlərdən götürülməsi imkanı da təmin ediləcəkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri