Avropa İttifaqı 5G şəbəkəsinə 50 milyon avro ayırıb

27-02-2013 / 10:56
Avropa İttifaqı beşinci nəsil şəbəkə standartının işlənib hazırlanamsına 50 milyon avro ayırıb. Bu barədə Avropa İttifaqının rəqəmli proqramlar üzrə səlahiyyətli nümayəndəsi Neeli Krus bildirib.
 
N.Krus qitədə Avropa İttifaqının 27 ölkəsinin 17-də mövcud olmayan və standartların pərakəndəliyi səbəbindən bəzi hallarda uyğunsuzluq yaradan 4G şəbəkəsinin yayılmasını kəskin tənqid edib. Yeni maliyyələşdirmənin məqsədi kimi standart tərtibatçılarının dəstəklənməsi və stimullaşdırlması, habelə bunun nəticəsi olaraq 2020-ci ilə Avropada vahid 5G şəbəkəsinin təşəkkülü göstərilir. 
 Bu vəsaitdən 16 milyon avro artıq ötən il Ericsson, Alcatel, BMW, Huawei, Nokia şirkətləri, eləcə də Avropanın mobil rabitə operatorları, bir neçə mərkəz və universitetləri tərəfindən yaradılan METIS Tərtibatçılar İttifaqına ayrılıb. Avropa büdcəsindən ayrılan vəsaitlər birliyin büdcəsinin təxminən yarısını təşkil edib.
 
Qeyd edək ki, beşinci nəsil mobil rabitə standartı hələ də tam formalaşmayıb və işlənmə mərhələsindədir. mincom.gov.az

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.