“Huawei” Avropada yeni tədqiqat institutu açır

13-05-2015 / 16:01

Çinin “Huawei” şirkəti Brüsseldə keçirilən Avropa Biznes Sammiti çərçivəsində Avropa Tədqiqat İnstitutunun (ERI) açılmasını bəyan edib.

Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,  Belçikanın Lyeven şəhərində yerləşəcək institutun yaradılması şirkətin qlobal innovasiya strategiyasında vacib addım olacaq, eləcə də Avropa İttifaqının (Aİ) rəqəmli proqramının məqsədlərinə nail olmağa xidmət edəcək.

İnstitut şirkətin Avropadakı elmi fəaliyyətinə nəzarəti, həmçinin səkkiz Avropa ölkəsində 18 işləmələr və inkişaf şöbəsinə (Research and Development - R&D) rəhbərliyi həyata keçirəcək. Tədqiqatların əsas istiqaməti yeni nəsil şəbəkə texnologiyalarını əhatə edəcək. Hazırda Avropada elmi tədqiqatlar və işləmələr sahəsində 1200 əməkdaş çalışır.   

Bundan başqa, institut “Huawei”in “5G” sahəsində müxtəlif Avropa layihələrini dəstəkləyəcək. Məsələn, şirkət gələcək nəsil mobil rabitə və Böyük Britaniyada “5G Innovation Centre” mərkəzində “5G” texnologiyasının sınaq stendinin tətbiqi sahəsində tədqiqatlar aparır.

Yeni Avropa Tədqiqat İnstitutunun açılması şirkətin Aİ-də yeni investisiya planlarının həyata keçirilməsinə səy göstərməsindən xəbər verir.

“Huawei” Avropa bazarına 2000-ci ildə daxil olub və 2014-cü ilədək şirkət əməkdaşlarının sayı 9900 nəfər təşkil edib. Ötən il şirkət Avropa təşkilatları ilə 200-dən çox texniki tərəfdaşlıq haqqında saziş imzalayıb, 160-dan çox Avropa alimi və eksperti, eləcə də 120 akademik təşkilatı ilə əməkdaşlıq edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə