Previous Next
Bağla

Beşinci nəsil simsiz rabitə sisteminin inkişafı üçün səylər artırılır

10-07-2015 10:37
Beşinci nəsil simsiz rabitə sisteminin inkişafı üçün səylər artırılır

İsveçin Ericsson şirkəti Avropa İttifaqının (Aİ) beşinci nəsil simsiz rabitə sistemi üçün tövsiyə edilən standartların inkişafı və hazırlanması məqsədi ilə yaradılan METIS-II layihəsinin əlaqələndiricisi qismində 5G sistemlərinin genişlənməsinin təşəbbüskarı kimi çıxış etməkdə davam edir.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, METIS-II layihəsinin vəzifəsi 5G konsepsiyalarının və tezlik spektrindən istifadəyə dair tövsiyələrin yaradılmasına yönələn 5G Infrastructure Public-Private Partnership (5G-PPP) layihəsinin iştirakçılarının əsas əməkdaşlıq prinsiplərinin hazırlanmasından ibarət olacaq. Bundan başqa, layihədə aparılan işlər çərçivəsində tənzimləmə və standartlaşdırma orqanları üçün tövsiyələr işlənəcək.

Layihə 5G sahəsində qabaqcıl tədqiqatlar və işləmələr həyata keçirən Çin, Aİ, Yaponiya, Cənubi Koreya və ABŞ-dan 23 iştirakçını birləşdirir. Dünyanın əksər aparıcı istehsalçılarının, rabitə operatorları və tədqiqat təşkilatlarının iştirak etdiyi layihənin maliyyələşdirilməsi Aİ-nin Horizon 2020 tədqiqat proqramı çərçivəsində həyata keçirilir. Layihənin büdcəsi 8 milyon avro təşkil edir. METIS II-nin məqsədi 5G sahəsində ilk birgə layihə olan METIS-in uğurlarını möhkəmləndirmək məqsədi daşıyır.

METIS-II-nin təşəbbüskarı kimi Ericsson beynəlxalq tərəfdaşlarla birgə 5G sistemi çərçivəsində texnologiyaların inteqrasiyası məsələlərinin həlli və tənzimləmə və standartlaşdırma üçün lazımi platformaların hazırlanması ilə məşğul olacaq.

Bundan başqa, İsveçin telekommunikasiya avadanlığı istehsalçısı Mobile Radio Access Network for Fifth-Generation Integrated Communications (mmMAGIC) layihəsinin texniki koordinasiyasını həyata keçirəcək. Layihə çərçivəsində 6-100 QHs diapazonunda işləyən mobil texnologiyaların konsepsiyası hazırlanaraq inkişaf etidiriləcək. 

Hər iki layihə mobil rabitə sahəsində ilkin standartların razılaşdırılması üçün böyük əhəmiyyətə malikdir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı 5G şəbəkəsinə 50 milyon avro ayırıb

Avropa İttifaqı 5G şəbəkəsinə 50 milyon avro ayırıb

27-02-2013
Avropa İttifaqı və Çin 5G sahəsində əməkdaşlıq edəcək

Avropa İttifaqı və Çin 5G sahəsində əməkdaşlıq edəcək

29-09-2015
5G texnologiyaları şaxtalarda təhlükəsizliyi artıracaq

5G texnologiyaları şaxtalarda təhlükəsizliyi artıracaq

29-05-2015
AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşulub

AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşulub

15-07-2025
Dünyanın ilk  sürücüsüz elektrik avtobusları

Dünyanın ilk sürücüsüz elektrik avtobusları

13-05-2016
Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb

Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb

11-11-2015
İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009
Huawei 6G üçün avadanlıq istehsalına başlayıb

Huawei 6G üçün avadanlıq istehsalına başlayıb

16-08-2019
“Huawei” Avropada yeni tədqiqat institutu açır

“Huawei” Avropada yeni tədqiqat institutu açır

13-05-2015
“iPhone və iPad-ın satışı qadağan edilsin”

“iPhone və iPad-ın satışı qadağan edilsin”

01-03-2015
“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

29-10-2009
Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

27-07-2023
ASB “Xalq kompüteri” layihəsinə maliyyə dəstəyi təqdim edib

ASB “Xalq kompüteri” layihəsinə maliyyə dəstəyi təqdim edib

13-06-2010
BTİ yeni binasının hazırlanması üçün müsabiqə keçirir

BTİ yeni binasının hazırlanması üçün müsabiqə keçirir

17-04-2017
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018
Azərbaycan nümayəndələri "Süni intellektlə bağlı" layihədə iştirak ediblər

Azərbaycan nümayəndələri "Süni intellektlə bağlı" layihədə iştirak ediblər

14-07-2025
5G qurğusunun ilk prototipi yaradılıb

5G qurğusunun ilk prototipi yaradılıb

31-08-2015
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016
İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

15-04-2009
BDU-nun tədqiqatçıları “Texnologiyaların transferi” proqramında qalib olub

BDU-nun tədqiqatçıları “Texnologiyaların transferi” proqramında qalib olub

21-07-2025
Google jurnalistlər üçün yeni servis işə salıb

Google jurnalistlər üçün yeni servis işə salıb

24-06-2015
Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020
AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025
İKT məlumat günü keçirilib

İKT məlumat günü keçirilib

16-11-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə