Azərbaycana uğur qazandıran Reyhan Camalova harada təhsil alır?

29-11-2017 / 14:09

Məlumat verdiyimiz kimi, hazırda Hindistanda Qlobal Sahibkarlıq Sammiti keçirilir. Belə ki, sammit  Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə  baş tutur.

Ölkəmizi sammitdə 15 yaşlı həmyerlimiz Reyhan Camalova "Rainergy” startapı ilə təmsil edir.

Xatırladaq ki, ötən il də bu sammitdə Azərbaycanı xanım həmyerlimiz Leyla Tağızadə təmsil etmişdi. L.Tağızadə hazırda Reyhan Camalovaya mentorluq edir.

Ötən gün sammitin açılışı olub. Sammitdə çıxış edən İvanka Trump Reyhan Camalovanın startap layihəsini yüksək qiymətləndirib.

Bu barədə Xeberler.az-a Reyhan Camalova məlumat verib.

Tramp çıxışında qeyd edib ki, Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi:

“Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.”

Məlumat verdiyimiz kimi, sammit çərçivəsində startaplar üçün GİST müsabiqəsi də təşkil edilir. Belə ki, bu müsabiqədə dünyanın müxtəlif ölkələrindən olan startap layihələri yarışır.

Qeyd etdiyimiz kimi, Reyhan Camalovanın layihəsi də GİST-in yarımfinalçıları arasındadır.

R.Camalova Xeberler.az-a bildirib ki, bu gün o, ekspertlər və investorlar qarşısında layihəsinin təqdimatını edəcək. Finala qalanlar isə 40 min dollar uğrunda yarışacaq.

Onun yaratdığı “Rainergy” cihazı alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir.

Belə ki, bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Həmçinin, bu cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında istifadə oluna bilər.

Qeyd edək ki, Reyhan Camalova İstək liseyinin 9-cu sinifində təhsil alır.

Onun bu uğuru ekspertlər arasında və ictimaiyyətdə təhsillə bağlı ciddi müzakirələrə səbəb olub.

Belə ki, onlar iddia edir ki, Reyhan Camalovanın bu uğurunda təhsil aldığı mühit və müəllimlərin də böyük təsiri olub.

Onu da vurğulayaq ki, İstək liseyi dövlət yox, özəl təhsil müəssisəsidir. Elə bu məqamda ekpsertlər özəl təhsil müəssisələrinin önəmini bir daha gündəmə gətirir.

Xeberler.az olaraq liseylə bağlı qısa araşdırma etdik:

İstək liseyi müasir maddi-texniki baza, sinif otaqları, kompüter, təbiət elmləri laboratoriyaları, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub.

Liseydə Elektron Məktəb Sistemi (EMS) də fəaliyyət göstərir.

Belə ki, İstək liseyinin İKT bölməsi tərəfindən xüsusi hazırlanmış proqram təminatı valideynlərin rahatlıqla istənilən vaxt övladlarının müvəffəqiyyəti ilə maraqlana bilmələrinə şərait yaradır.

Əsasən statistik məlumatlar təqdim etmək imkanına malik EMS dövlət və beynəlxalq təhsil standartlarına cavab verən, kompüter və mobil cihazlardan istifadə oluna bilən elektron jurnal proqramıdır.

EMS şagirdlər haqqında məlumatların, qiymətlərin və xüsusi qeydlərin daxil edilməsi, lazımi hesabatların alınması imkanını verir.

EMS vasitəsilə valideynlər məktəbə gəlmədən övladları haqqında ətraflı məlumat ala, övladının davamiyyətini, imtahan nəticələri və qiymət cədvəllərini onlayn olaraq izləyə bilir.

EMS sisteminin iOS və Android mobil tətbiqləri də mövcuddur.

Həmçinin, liseydə onlayn sınaq imtahanları da keçirilir.

Onu da qeyd edək ki, İstək liseyi Azərbaycanda ilk dəfə olaraq şagirdlər arasında robot olimpiadası da təşkil edib.

İstək liseyi Azərbaycanı dünya şöhrətli beynəlxalq layihə və fənn olimpiadalarında təmsil edir. 2014-2016-cı illərdə liseyin şagirdləri tərəfindən beynəlxalq fənn və layihə olimpiadalarından 52 medal qazanılıb.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.