Azərbaycanda İKT ədəbiyyatı nəşr edilib

28-08-2015 / 12:55

Ölkəmizdə Azərbaycan dilində  İT ədəbiyyatı nəşr edilib.

Xeberler.az məlumat verir ki, “FreeBSD” istifadəçiləri üçün nəzərdə tutulmuş və çətin vəziyyətdən çıxmaqda kömək edə biləcək «FreeBSD — Praktik Həllər» kitabı işıq üzü görüb.
 
Kitabın müəllifi ATL INFO TECH şirkətinin İT departamentinin rəhbəri Camal Şahverdiyevdir. Müəllif kitabın sadəcə yeni “FreeBSD” istifadəçilərinə deyil, eləcə də peşəkarlara da çox faydalı olacağına ümid edir.
 
Kitabda müəllif addım-addım, bütün təfərrüatları ilə “FreeBSD” əməliyyat sisteminin tənzimləmə incəliklərindən danışır, firewall imkanlarını dərindən şərh edir, şəbəkə və əməliyyat sistemi ilə bağlı gündəlik xarakterli problemlərin həlletmə yollarını öyrədir. Rəngli çaplı, 624 səhifəlik «FreeBSD — Praktik Həllər» kitabının tirajı 500 ədəddir.

Kitabı əldə etmək üçün sifarişi bu saytda yerləşdirmək olar. 
 
 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə