Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək

09-03-2018 / 15:11

Martın 15-də “Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi, blokçeyn texnologiyalardan effektiv istifadə” mövzusunda  Dəyirmi Masaya keçiriləcək. 

Xeberler.az-ın məlumatına görə, tədbirdə dövlət və özəl sektor nümayəndələri, müstəqil ekspertlər iştirak edəcək.

Konfransda ekspert Orxan Əhmədov "Kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə", Ramin Mahmudov "Ödəniş sistemlərində blokçeyn texnologiyanın tətbiqi imkanları", Sabit Bağırov isə "İCO: tənzimləmələr, imkanlar və təhlükələr" mövzusunda məruzə və təqdimatlar edəcəklər . 

Tədbirdə qeyd edilən mövzula ətrafında müzakirələrin aparılması və təkliflərin hazırlanması nəzərdə tutulub.

Dəyrimi Masa Azərbaycan  İnternet Forumu, CryptoAZE cəmiyyəti və Portmanat.az qurumlarının təşkilatçılığı keçirilir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.