Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019 / 13:36

8 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılan "Startap Günləri" layihəsinin təqdimat mərasimi keçirilib.

Xeberler.az  bildirir ki, "Startap Günləri" layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaqdır. 

Layihə internet biznesinin, innovasiyaların startap hərakatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir.

3 ay müdddətində 10 təhsil müəssisəsini əhatə edəcək layihənin sonunda "Startap Azərbaycan" yekun konfransı keçiriləcək.

Sonra keçmiş ideyaların biznesə çevrilməsi üçün "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət davam etdiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə