Azərbaycanlı xanım YouTube-un baş ofisində intihar edib

04-04-2018 / 11:32

Dünən gecə YouTube-un Kaliforniyadakı baş ofisinə silahlı hücum olub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu hadisədə 4 nəfər yaralanıb və elə hadisə yerində hücum edən şəxs də intihar edib.

Qeyd edək ki, hücum edən  Cənubi Azərbaycanlı Nasim Aghdam adlı xanımdır.

ABŞ mediasının məlumatına görə, o, 9 millimetrlik silah istifadə edib.

Sosial media fenomeni olan xanım Nasime Sabz adında farsça, ingilis və Azərbaycan türkçəsində videolar yayımı ilə məşğul olub. Onu videolarının məzmunu isə təcavüz, idman, məşq, geyim və yerli rəqslərlə bağlı olub.

Bu kanal hadisədən dərhal sonra YouTube tərəfindən bağlanıb.

Lakin Aghdam-ın çəkdiyi "YouTube paylaşımlarımı əngəlləyir və filtirləyir” adlı videoları hələ də müxtəlif platformalarda paylaşılır.

Hadisənin terror təşkilatları ilə əlaqəsi olmadığı və Aghdam-ın uzun müddətdir Kaliforniyada yaşadığı bildirilir. Silahlı hücum ilə bağlı araşdırmalar davam edir. YouTube da hələlik məsələyə rəsmi münasibət bildirməyib.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.