YouTube-un icraçı direktoru:“Mütəxəssislərə ehtiyacımız var”

30-01-2018 / 11:26

Məlumdur ki, YouTube hər gün milyonlarla və hətta milyardlarla insan tərəfindən ziyarət edilən bir platformadır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, YouTube-un icraçı direktoru (CEO) Susan Wojcicki YouTube-a daxil olan şikayətlər və bu şikayətlərə dair rəylər barədə açıqlama verib.

Wojcicki şirkətin audit qrupunun platformadakı məzmunlarla maraqlanması üçün daha çox mütəxəssisə ehtiyacları olduğunu deyib.

Xatırladaq ki, ötən həftə Son Logan Paul adlı istifadəçinin YouTube-da intihar edən bir adamın cəsədinin videosunu yayımlaması onunla birlikdə YouTube-un da ciddi tənqid atəşinə tutulmasına səbəb oldu. 

belə ki, istifadəçilərin YouTube-a etirazının səbəbi isə bu uyğun olmayan paylaşımın platformadan çox gec silindiyi olub.

CEO qeyd edib ki, Paul-un videoları ilə onlar YouTube-un bu cür məsələlərdə nə qədər yavaş olduğunu başa düşüblər.

Wojcicki bu cür hadisələrin birdaha təkrarlanmaması üçün mütəxəssislər ilə işləməli olduqlarını çıqlayıb:

"Həqiqətən bu il öyrəndim ki, daha çox mütəxəssisə ehtiyacımız var. Həmçinin, bununla bağlı çox qanunlar var. Düzdür, hər birini izləyirik, lakin bəzən bu, çox vaxt alır. Buna görə də ekspertlər ilə razılaşıb və komandamızı genişləndirməliyik. Siyasətimizi düzgün şəkildə yerinə yetirmək üçün yenidən yaratmalıyıq”.

Wojcicki inanır ki, bu kimi problemləri tamamilə aradan qaldırmaq üçün insan və süni intellek birlikdə işləməlidir.

O, hər dəqiqə YouTube-a 400 saat video yükləndiyini və belə bir çox məlumatın yalnız insan qüvvəsi tərəfindən idarə olunmasının mümkünsüz olduğunu vurğulayıb.

Günel

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.