Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015 / 14:58

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, texnoloji innovasiyaların hakim olduğu bir zamanda Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi maraqlı layihələr həyata keçirməkdə davam edir. 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir.

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayıb. Hər iki şirkət üçün layihənin əsas məqsədi Azərbaycanda İKT və qeyri-neft sektorunun inkişafına dəstək olaraq fərdi sahibkarlığın artmasına və güclənməsinə yol açmaqdır.

Xatırladaq ki, Azercell-in Barama Mərkəzi PAŞA Bank-la artıq ötən yay Bakıda keçirilmiş Seedstars World müsabiqəsində də əməkdaşlıq edib.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.