Previous Next
Bağla

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015 15:29
Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ITU Telecom World 2015 sərgi-konfransında Azərbaycanı təmsil edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azərbaycan və xeyli sayda yerli şirkətin pavilyonları yerləşdirilən sərgidə müxtəlif informasiya-telekommunikasiya  şirkətləri öz xidmətlərini nümayiş etdirirlər. Azercell sərgidə M2M həlləri və Barama Sahibkarlıq və Innovasiya mərkəzinin təqdim etdiyi layihələri  nümayiş etdirib. Şirkətin nümayiş etdirdiyi yeniliklərdən biri olan M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur.

Sərgidə eyni zamanda Barama Sahibkarlıq və Innovasiya mərkəzinin həyata keçirdiyi layihələr iştirakçılara təqdim olunub. Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz fəaliyyətdə olduğu 5 il ərzində bir çox uğura imza atıb. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir. Sərgidə Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən Sumaks layihəsi böyük maraq doğurub. Qeyd edək ki, bu layihə evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verir. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur.

Azercell-in fəaliyyəti və yüksək texnologiyalar əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, həmçinin Macarıstanın dövlət nümayəndələri və iri özəl şirkətlərin də diqqətini cəlb edib.  İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını, həmçinin, Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməyə davam edir.

 

Xeberler.az  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

“Azercell Telekom” İKT üzrə ümumdünya forumunda iştirak edib

13-10-2009

Azercell ölkəmizi beynəlxalq sərgidə təmsil edib

21-05-2018

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019

Azercell-dən daha bir uğur

08-12-2017

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə