Previous Next
Bağla

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018 11:22
Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi öz innovativ ideyalarını biznesə çevirmək istəyənlər üçün xüsusi hazırlanmış növbəti, 3-cü inkubasiya proqramını elan edir.

Xeberler.az məlumat verir ki, Barama İnkubasiya Proqramı 2018 Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilir. Onlar innovativ ideyaların startaplara, mövcud startaplarında uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.

Belə ki, layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.

Barama İnkubasiya Proqramı 2018-də iştirak etmək üçün bu linkə daxil olaraq 5 sentyabr tarixinə qədər onlayn qaydada müraciət formunu doldurmaqla qeydiyyatdan keçmək lazımdır.

Bildirək ki, İnkubasiya proqramına seçim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr Barama mərkəzi tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes planları ilə birgə əyani şəkildə təqdim edəcəklər. Sonda seçim prosesini uğurla başa vurmuş 5 komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq.

Qeyd edək ki, www.barama.az saytına daxil olmaqla tələb və qaydalarla daha ətraflı tanış ola bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

Startaplar üçün növbəti şans

09-08-2017

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni inkubasiya proqramına başlayıb

03-12-2020

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

Azercell-dən yeni müsabiqə

14-09-2017

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Startapçı həyatından bir gün

12-10-2018

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17-05-2012

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

Barama mərkəzində A’Startap Sammiti keçirildi.

24-07-2018

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

"Sizin biznes ideyanız var?"

12-03-2013

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İyunun 1-də “Demo Day – Barama” keçiriləcək

17-05-2021

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə