Azercell-in prezidenti qızıl medal aldı

13-10-2017 / 11:24

Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev ölkədə fəaliyyət göstərən ən aparıcı şirkətlərdən birində səmərəli rəhbərlik fəaliyyətinin nəticəsi kimi daha bir mükafata layiq görülüb.

Xeberler.az-ın məlumatına görə, şirkət prezidenti “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi qızıl medal və diplomla təltif olunub.

Mükafatı Vahid Mürsəliyevə “Avropa Nəşr Mətbuat Evi” –nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Qarabağ Müharibəsi veteranı, jurnalist və yazıçı Şöhrət Səlimbəyli təqdim edib.  Ş. Səlimbəyli Azercell-in Azərbaycanın rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açıb.

Vahid Mürsəliyev də öz növbəsində mükafata layiq görüldüyünə görə, Şöhrət Səlimbəyliyə öz minnətdarlığını bildirib:

“Azercell fəaliyyətə başladığı gündən abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyub. Bu 21 il ərzində biz hər zaman müştəri məmnuniyyətini üstün tutduq və bu keyfiyyətimiz bizi Azərbaycan rabitə bazarının lider mobil operatoru etdi. Təqdim etdiyiniz bu mükafatda 4,5 milyonluq abunəçiyə xidmət göstərən bütün Azercell ailəsinin payı var”.

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru və Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Beynəlxalq Rabitə Akademiyasının akademikdir.

O, Azercell Telekom MMC-nin prezidenti kimi həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Onların arasında “The Business Year” dərgisindən “İlin şirkət rəhbəri” titulunu da xüsusi vurğulamaq olar.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.