Previous Next
Bağla

Azercell olimpiada qalibləri ilə görüşüb

12-02-2020 18:54
Azercell olimpiada qalibləri ilə görüşüb

Xeberler.az bildirir ki, ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənir. Bu istiqamətdə ənənəsini uğurla davam etdirərək, şirkət fevral ayının 12-də ölkəmizi dəfələrlə informatika fənni üzrə beynəlxalq olimpiadalarda layiqincə təmsil edən Abutalıb Namazov, Murad Eynizadə, Əziz Hüseynov və İbrahim Tağızadə ilə görüş təşkil edib. Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitunun mütəxəssisi Qorxmaz Mustafayev, beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimləri Kənan Əsgərli və Rəşad Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər. “Məktəblilərimizin son illər ərzində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək tendensiyası qürur verici bir haldır. Mən çox şadam ki, şagirdlərimizin bu nailiyyətində Azercell-in də əməyi var. Biz, Azercell şirkəti olaraq, ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsilin, insan kapitalının sürətli inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə daima dəstək oluruq və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə Vahid Mürsəliyev görüşdə giriş nitqi ilə çıxış edərək qeyd edib. Fuad Qarayev, öz növbəsində, Azercell şirkətinə təşəkkürünü bildirərək, Təhsil
İnstitutu ilə “Azercell Telekom” MMC-nin artıq bir neçə il ərzində informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onlarla məqsədyönlü işlərin aparılması
istiqamətində əməkdaşlıq etdiyini və bu səylərin nəticəsi olaraq komandamızın
nailiyyətlərinin növbəti beynəlxalq olimpiadalarda da davam edecəyinə ümid etdiyini
bildirib. Azercell tərəfindən istedadlı şagirdlərimizə dəyərli hədiyyələr də təqdim edilib.

Xatırladaq ki, bu il məktəblilərimiz daha bir ilkə imza atmağa müvəffəq olublar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov, 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində baş tutan 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qızıl medal alaraq, informatika fənni üzrə ilk ali mükafatı Azərbaycana gətirib. Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. 

Qeyd edək ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara öz elmi potensiallarını inkişaf etdirməklərinə töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

02-12-2022

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

23-08-2024

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə