Azercell şəbəkəsini sürətləndirib

19-08-2015 / 13:21

2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu (ölkə üzrə 48 faiz, Bakı şəhəri üzrə 92 faiz) gücləndirən Azercell şirkəti bu ilin əvvəlindən indiyə qədər yeni 2G, 3G və 4G baza stansiyalarını abunəçilərin istifadəsinə verib.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, yalnız avqust  ayı ərzində Azercell 13 sayda 2G, 47 sayda 3G baza stansiyası quraşdırıb. Məlumat üçün bildirək ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25 faiz daha da gücləndirib.

Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə