Previous Next
Bağla

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022 12:16
Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell Telekom şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə dair işlərin ilk mərhələsini başa çatdırıb. Şirkət bu genişmiqyaslı layihəni avqust ayının əvvəlində həyata keçirməyə başlayıb və bu müddət ərzində Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki və Yardımlıda quraşdırılmış 250 baza stansiyasında təkmilləşdirmə işləri aparıb.

Xeberler.az bildirir ki, şirkət qeyd olunan rayonlarda abunəçilərini daha da keyfiyyətli bağlantı və yüksəksürətli mobil internet xidmətləri ilə təmin etməyə müvəffəq olub. Bunun sayəsində Azercell müştəriləri mobil tətbiqlər, təhsil platformaları, sosial şəbəkələr, videozənglər, videokonfranslar və digər rəqəmsal xidmətlərdən praktiki istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqlar.

Layihə çərçivəsində lider mobil operator müştərilərinin sürətlə artan ehtiyaclarını qarşılamaq və gözləntilərini üstələmək məqsədi ilə növbəti 18 ay ərzində bütün respublika boyunca 300-dən çox yeni radio baza stansiyası quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyanı təkmilləşdirəcək.

İşğaldan azad olunmuş ərazilərdə də keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsini diqqət mərkəzində saxlayan Azercell təkcə Laçın rayonunda 11 baza stansiyası quraşdırıb və artıq Zabux, Sus və digər kəndlərdə mobil rabitə xidmətləri göstərməyə başlayıb.

Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu məhz Azercell qurub. Şirkətin şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini əhatə edir.

Ümumilikdə, Azercell qeyd olunan regionlarda artıq 80-dən çox radio baza stansiyası quraşdırıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Azercell şirkəti şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə layihəsini həyata keçirildiyi müddət ərzində ictimaiyyətə mütəmadi olaraq görülən işlər haqda yeniliklər təqdim edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb

09-12-2022

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022

Azercell 4G Naxçıvanda

19-01-2023

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022

Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

26-05-2023

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Azercell bu il 72 baza stansiyası yaradıb

14-04-2015

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Nar 194 yeni 3G baza stansiyası quraşdırıb

25-08-2017

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Azercell şəbəkəsini sürətləndirib

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə