Bakcell abunəçiləri Instagram-dan pulsuz istifadə edəcək

03-03-2017 / 15:20

Bakcell şirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim eib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bundan sonra smartfonu olan bütün Bakcell abunəçiləri eksklüziv Instagram paketləri ilə Instagram-dan pulsuz istifadə edəcəklər.

Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün təklif olunur.

Yeni Instagram paketlərinə internetdə istənilən məqsədlər üçün istifadə olunan əsas trafik həcmi (MB) və xüsusi bonus – Instagram istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”dan pulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə və xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.

Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0.05 AZN təşkil edəcək.

Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıdakı cədvəldə əks olunub:

Əsas paket

Instagram trafiki

Aktivləşdirmə kodu

Qiymət (ƏDV daxil)

1 GB

+ 1 GB

*134*11#YES

6 AZN/aylıq

2 GB

+ 2 GB

*134*22#YES

8 AZN/ aylıq

3 GB

+ 3 GB

*134*33#YES

10 AZN/ aylıq

5 GB

+ 5 GB

*134*55#YES

12 AZN/ aylıq

 

iOS, Android, Windows, Blackberry və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.

Yeni Instagram trafikini yoxlamaq üçün Bakcell abunəçiləri sadəcə *134*559#YES yığmalıdır. Onlar həmçinin *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilər.    

Abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni Instagram paketləri hər ay avtomatik qaydada yenilənəcək.  

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.