Bakcell-də Facebook artıq pulsuzdur

08-07-2011 / 12:29

0.facebook xidmətini istifadəyə verildi. Artıq Bakcell-lə facebook pulsuzdur! Bu gündən etibarən mobil telefonlarınızdan facebook-a rahat, sürətlə və pulsuz qoşularaq bütün dünya ilə ünsiyyətdə ola bilərsiniz.

Bu xidmətdən istifadə etmək üçün, telefonunuzdan aşağıdakı ünvanlardan birinə daxil olmaq kifayətdir:
0.facebook.com
O.facebook.com
o.facebook.com
zero.facebook.com

Siz, öz mobil telefonlarınızdan yuxarıdakı ünvanlardan birinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana bilərsiniz. İstifadəçilər statusunu yeniləyə, xəbərləri oxuya, fikir və təəssüratlarını bölüşə, dostlarına mesaj göndərə və onların facebook lövhəsində öz sorğularını yaza bilərlər. Ödəniş, yalnız şəkillərə baxanda və ya digər mobil səhifələrinə daxil olanda tətbiq olunur. İstifadəçi şəkillərə baxmağa, və ya digər mobil səhifəyə keçməyə cəhd edəndə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə məlumat görünəcək.

Daha ətraflı məlumat üçün: http://www.bakcell.com


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.