Facebook-da hər şeyi like etməyin

14-04-2011 / 23:56

Facebook sosial şəbəkəsində hər önünüzə çıxan faylı like (bəyənmək) etməyin. Çünki bu şəbəkədəki “auto like” (avtomatik bəyən) xüsusiyyəti sizi pis vəziyyətdə qoya bilər. “Auto like”ın funksiyası istifadəçinin istəmədiyi halda kliklədiyi hər hansı bir videonu onun profilində paylaşılmasına xidmət edir. Bəs bu necə baş verir?

Bunun üçün veb səhifələrə (web page) xüsusi kodlar əlavə olunur. İstifadəçi bu səhifələrə daxil olduqda və hər hansı bir faylı kliklədikdə “auto like” aktivləşir. Nəticədə xüsusi kodlar sayəsində həmin fayl “Facebook” səhifənizə istiqamətləndirilir və profilinizdə dostlarınızla paylaşılır.

Yaxud da “Facebook”da dostlarınızın bəyəndiyi və ya paylaşdığı videonu kliklədiyinizdə başqa bir səhifəyə istiqamətləndirilirsiniz və əslində, avtomatik olaraq, həmin səhifəni də “bəyənmiş” olursunuz.

“Facebook” istifadəçilərinin bir çoxu bundan xəbərsizdir. Bundan istifadə edən bəzi işbazlar öz veb səhifələrinə bir az əvvəl qeyd etdiyimiz kodları yerləşdirməkdə davam edirlər.

Arzu edilməyən “like”lardan necə qorunmaq olar? Bunun üçün, əvvəla, unutmaq olmaz ki, belə kodlar, adətən, qeyri-əxlaqi saytlara yerləşdirilir.

İkincisi, internetdə olarkən “Facebook” səhifənizi qapalı vəziyyətdə saxlayın. Belə tələlərə, adətən, “Facebook” səhifəsi açıq olanda düşülür. Əgər “Facebook”unuz qapalı olsa və siz həmin anda “auto like” tələsinə düşsəniz, “Facebook” səhifənizin açılması üçün sizdən istifadəçi adı və parol tələb olunacaq. Siz bu məlumatları daxil etməsəniz, “auto like”nin tələsindən də qurtula bilərsiniz.

Üçüncüsü, tələ qurulan fayllar adi fayllara bənzəyir. Ancaq, adətən, belə faylları kliklədikdə başqa bir veb səhifəyə istiqamətləndirilirsiniz. İstiqamətləndirildiyiniz anda tələnin real olduğunu anlaya bilərsiniz. Ona görə də faylı “like” etməzdən əvvəl onun adresinə baxın. //xeberoxu.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə