Bakcell konsertin keçirilməsinə dəstək

26-04-2018 / 15:33

Provayderi Bakcell şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universiteti (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib.

Xeberler.az bildirir ki, konsertdə UFAZ-nın mühəndislik fakültələrinin tələbələri çıxış ediblər.

Tədbir zamanı tələbələrin teatr tamaşaları, piano və mahnı ifaları və həmçinin çəkdikləri qısa videolar nümayiş etdirilib.

Qeyd edək ki, Bakcell-in dəstəyilə keçirilmiş konsert Lycée Français de Bakou (UFAZ universitetinin xor ansamblı) və “ADO Theatre-Collective”in səhnə rejissoru Elza Furtadonun iştirakı ilə təşkil edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.

Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.