Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “IGNITE” İnkubasiya Proqramına start verilib.
Xeberler.az xəbər verir ki, proqramda iştirak edən startap komandalarının ən azı bir üzvü universitet tələbəsi və ya son iki ilin məzunu olmalıdır.
Proqram müddətində hər komanda üçün 500 AZN-dək maliyyə dəstəyi, həftəlik mentorluq sessiyaları və Fransız-Azərbaycan Universitetinin (UFAZ) İnnovasiya Mərkəzində xüsusi iş sahəsindən istifadə imkanı yaradılacaq.
Ən uğurlu iki startap üçün 5000 AZN ilkin investisiya təqdim olunacaq. Əlavə olaraq, ən uğurlu startap təsisçiləri Strasburq Universitetinə sahibkarlıq səfərinə getmək şansı əldə edə biləcəklər.
Suallar və əlavə məlumat üçün [email protected] e-poçt ünvanına və ya UFAZ Innovation hesabına müraciət edə bilərsiniz.
Proqramda iştirak üçün son müraciət tarixi yanvarın 25-dəkdir.
Müraciət linki: https://tr.ee/8fhZUFAWbn
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri