Previous Next
Bağla

Azəbaycanda ilk dəfə Enerji Hakatonu baş tutub

11-02-2020 17:36
Azəbaycanda ilk dəfə Enerji Hakatonu baş tutub

Xeberler.az bildirir ki, SOCAR AQŞ və Texas A&M Universitetinin birgə təşəbbüsü ilə Enerji Hakatonu keçirilib.  Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı tələbələrdən ibarət komandalar  yarışıb.  7-9 fevral tarixlərində Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçirilən Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürüb.

İlk mərhələdə ümumilikdə müraciət edən  50 -dən çox komanda arasından seçilmiş 10 komanda yarışıb. Seçilmiş komandalar Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Diplomatik Akademiyası (ADA), Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),  Moskva Dövlət Universitetinin Bakı Filialı kimi ali məktəblərin 3 – 4-cü kurs və magistr tələbələrindən ibarət 4 nəfərlik qruplar olub. 10 iştirakçı komanda tərəfindən 48 saat ərzində təklif edilən ideyalar hakimlər kollegiyası tərəfindən qiymətləndirilib.

Hakimlər Kollegiyasında aşağıdakılar təmsil olunub.

Ramin İsayev- SOCAR AQS, Baş direktor,

Məmməd Kərim- Khazar Ventures, təsisçi,

Amid Quliyev- Baş proqramçı, mühəndis,

Riad Salayev- McKinsey & Company, konsultant,

Favad Quraişi – Equinor, ölkə meneceri

Şəms Mustafayeva- BMT-nin Əlaqələndirmə üzrə müşaviri

Niall Henderson – BP, vitse prezident

Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət (UFAZ) “Deep divers” komandası – “Duzun qızdırılmasından alınan enerjinin saxlanması”, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “E- zone” komandası “2*2=5 Enerjinin səmərəli saxlanılmasında ağıllı texnologiyaların tətbiqi”,  Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələrindən ibarət “Amirli” komandası isə “Su elektrik stansiyalarının modifikasiyası” layihəsi ilə  yarışmanın qalibləri olublar.

Bu mərhələnin qalibi olan üç komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.

Virtual yarışmanın qalibi olacaq bir komanda Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart-2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaqdır. Müsabiqədə iştirak ilə bağlı bütün xərclər SOCAR AQŞ tərəfindən qarşılanacaqdır.

Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra inkişaf etdirilə, ölkə sərhədlərini aşan beynəlxalq startup layihəsinə çevrilə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

05-06-2024

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda iştirak edib

14-05-2026

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

BANM qlobal kibertəhlükəsizlik yarışmasının qalibi olub

13-01-2025

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

NASA Space Apps Azerbaijan Hackathonunun qalibləri ilə görüş keçirilib

01-11-2019

Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyasının iclası keçirilib

30-10-2019

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

ADA Universitetində təqdimat mərasimi olub

10-08-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

BANM Tələbələri BankTech Hakatonunda qalib olublar

05-06-2025

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

29-05-2025

UNEC tələbələri Gənc investor 2018 III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

10-12-2018

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə